“Fəxrəddin Abbasov xəyanətə görə cəzasını alacaq”
Qüdrət Həsənquliyev: “Çox istəyərdim ki, onun qolu qandallı, boynu əyilmiş vəziyyətdə həbsxanaya aparılmasının görüntülərini izləyək”


“Mən istəyrəm ki, bir məsələyə diqqətinizi cəlb edim. Bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olundu. Onun esktradisiya olunmasında xidmətləri olan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm”. 

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclaısnda çıxışıə zamanı səsləndirib. Millət vəkili “amma çox istəyərdim ki, onun qolu qandallı, boynu əyilmiş vəziyyətdə həbsxanaya aparılmasının görüntülərini izləyək”, - deyə fikrini davam etdirib: “Xalqımız da bunu çox istəyərdi. Təəssüf ki, bu kadrlar hələ ictimaiyyət üçün açılmayıb. Amma əminəm ki, o, Azərbaycan dövlətinə qarşı etdiyi xəyanətə görə cəzasını alacaq və bu həm də başqalarına dərs olacaq. Eyni zamanda son zamanlar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan dövləti əleyhinə işləyən bir cəsus şəbəkəsi ifşa olundu. Çoxlu sayda həbslər həyata keçirildi. Amma yenə də çox təəssüf ki, həmin cəsusliöğa cəlb olunmuş şəxslərin hansı dövlətlərə işləməsi barədə ictimaiyyətə açıqlama verilmədi. Əlbəttə, məntiq bunu deyir ki, Azərbaycan hökuməti qonşu dövlətlərlə münasibətlərin korlanmaması üçün bu adları açıqlamır. Amma dünya təcrübəsi göstərir ki, belə cəsuslar ifşa olunanda onların hansı dövlətə cəsusluq etdiyi barədə ictimaiyyətə məlumat verilir ki, həmin ölkənin vətəndaşları istər biznes münasibətləri quranda, istərsə də şəxsi əlaqələr yaradanda daha ehtiyatlı olsunlar”. Bununla yanaşı mən başqa məsələyə də münasibət bildirmək istəyirəm. Hörmətli həmkarım Fazil Mustafa söylədi ki, Mətin Yaşaroğlu və Fuad Abbasov ermənilər tərəfindən təqib olunurlar. Həm də təkcə ermənilər yox, ermənilərin Rusiyadakı havadarları tərəfindən təqiblərə məruz qalırlar. Əlbəttə bu bizim tərəfimizdən qətiyyətlə pislənilməlidir. Eyni zamanda Siyavuş Novruzovun da o fikrini dəstəkləyirəm ki, ombudsman söyüş söyənlərlə bağlı xarici ölkələrin ombudsmanlarına müraciət edə bilər. Yeri gəlmişkən söyləyim ki, heç bir namuslu kişi söyüş söyməz. Ona görə bilir ki, onun 10 qat artığı ona qaytarılır. Amma belələri çox təəssüf ki, ləyaqətlərini satdıqları üçün onların başqa yolu yoxdur. Və belə əxlaqsız və ləyaqətsiz bir işlə məşğul olurlar”.
Millət vəkilinin sözlərinə görə, hər il ombudsman bizə hesabat təqdim edəndə onun hesabatının sonunda hökumət tərəfindən həll edilməsi üçün çoxsaylı təkliflər irəli sürülür - insan hüquq və azadlıqlarının qorunması istiqamətində: “Bu dəfə də bizə təqdim olunan hesabtda təqribən 63 təklif irəli sürülüb. Amma mən çox istəyərdim ki, Ombudsman Aparatı hər il bizə hesabatda məlumat versin ki, irəli sürdüyü bu təkliflərdən neçəsi hökumət tərəfindən nəzərə alınır, icra olunur. İcra olunmursa hansı səbəbdən icra olunmur? Deputatların bunu bilməsi ona görə lazımdır ki, hökumətin hesabatı olacaq. Biz orada hökumət qarşısında qaldıraq ki, tutaq ki, ombudsmanın irəli sürdüyü bu təkliflər niyə öz həllini tapmayıb? Qeyd edim ki, bu təkliflərin böyük əksəriyyəti əhəmiyyətli və vacib təkliflərdir. Bundan başqa mən bu təkliflərə baxdım. Burada 2 məsələ diqqətimi cəlb elədi ki, insanlar daha çox millət vəkillərinə müraciət edirlər, son vaxtlar daha çox bundan əziyyət çəkirlər. Bunlardan biri sözsüz ki, məhkəmələrdə, xüsusilə də mülki işlərin uzanmasıdır. İllərlə bu proses davam edir. Bəziləri mənzil, əmlak məsələsi olur və insanlar bundan xeyli dərəcədə əziyyət çəkirlər. Mən vaxtilə də parlamentdə məsələ qaldırmışdım ki - Azərbaycanda birinci instansiya məhkəmələri, apellysasiya məhkəmələri və kassasiya məhkəmələri var - əgər birinci instansiya məhkəməsinin qərarı yanlışdısa, apellyasiya məhkəməsi bunu düzəltməlidir. O da yanlışlığa yol veribsə kassasiya instansiyası bunu həll eləməlidir. Amma bunlar məsələyə mahiyyəti üzrə baxmaq əvəzinə işi təkrar qaytarırlar aşağı instansiya məhkəməsində araşdırlmağa. Və beləliklə də illərlə vaxt keçir. Amma 3-cü mərhələdə, Ali Məhkəmə səviyyəsində bu iş başa çatmalıdır. Bunun üçün müvafiq qanunvericiliyə təkliflər olunmalıdır. Mətbuatda da bu barədə xeyli yazılır, amma çox təəssüf ki, bu məsələ ombudsmanın diqqətini cəlb etməyib. Digər bir məsələ tikinti şirkətləri ilə bağlıdır və biz bilirik ki, tikinti şirkətləri bir mənzili çoxsaylı insanlara satır. Dəfələrlə bu məsələ qaldırılıb, beynəlxalq təşkilatların nümayəndələri ilə də biz bu məsələləri müzakirə eləmişik ki, artıq tikinti şirkətlərinə qadağan olunmalıdır ki, notarial qaydada rəsmiləşdirilmədən mənzil sata bilməsinlər. Amma bu da öz həllini tapmır və insanlarımız bundan əziyyət çəkir. Çox istəyərdim ki. ombudsman bu məsələyə də münasibət bildirsin”.

Əli