“Hökumətin elmə və təhsilə diqqəti artırılmalıdır”
Qüdrət Həsənquliyev: “Elmə və təhsilə kifayət qədər vəsait ayırmadan, diqqət göstərmədən o ölkənin sürətli inkişafını təmin etmək xeyli dərəcədə çətin olacaq”

“Ələt azad iqtisadi zona haqqında” qanun müzakirə olunarkən mən söyləmişdim ki, belə bir azad iqtisadi zonanın yaradılması Azərbaycan üçün son dərəcə həyati əhəmiyyətli məsələdir. Bunu alqişlamışdım, o cümlədən qanun layihəsinin müəlliflərinə də öz dərin təşəkkürümü bildirmişdim”.

Bunu Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Normativ hüquqi aktlar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib: “Amma eyni zamanda söyləmişdim ki, qanunda müəyyən müddəalar Azərbaycan Respublikasının Konstitusuyası ilə ziddiyyət təşkil təşkil edir. Konstitusiyanın 147-ci maddəsinin 3-cü hissəsinə görə, Azərbaycanda qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Konstitusiyanın 94-cü maddəsinə görə, Milli Məclisin müəyyən etdiyi qaydalar müəyyən olunub. Həmin qaydalara görə, əmək qanunvericiliyi, ekoloji məsələlərlə bağlı qaydaları müəyyən etmək yalnız Milli Məclisin səlahiyyətinə aiddir. Biz indi bu Konstitusiya qanununa düzəliş etməklə əslində hətta Azərbaycan ərazisinin bir hissəsində olmuş olsa belə səlahiyyət veririk ki, azad iqtisadi zonanın səlahiyyətli qurumu belə bir ümumi qaydalar müəyyənləşdirsin. Mən söylədim ki, bu Konstitusiyaya ziddir və Milli Məclisin səlahiyyətlərinə birbaşa müdaxilədir. Eyni zamanda komitənin iclasında da məsələ qaldırdım və orada söylədim ki, tutaq ki, ekologiya, əmək qanunvericiliyi, əmək mübahisələrinin həlli ilə bağlı bizim bu gün qüvvədə olan qanunvericiliyimizdə nələr çatışmır, nələr beynəlxalq standartlara uyğun deyil? Əgər uyğun deyilsə və azad iqtisadi zonanın səlahiyyətli qurumunda olacaq şəxslər bu məsələlərdə doğrudan da Milli Məclisin üzvlərindən daha hazırlıqlıdırlarsa, qoy öz təkliflərini versinlər və biz də qüvvədə olan qanunvericilik aktlarına həmin dəyişiklikləri edək. Hörmətli Valeh müəllim həmin iclasda dedi ki, əslində bizim mövcud qanunvericiliyimiz də beynəlxalq standartlara uyğndur, amma həcmi böyük olduğuna görə, onu heç bir xarici investor oxumayacaq. Qanunun həcmi böyükdürsə, gəlin həmin investorlar üçün qanundan çıxarışlar edək. Qoy həmin çıxarışlarla tanış olsunlar. Amma hesab edirəm ki, bütünlüklə Milli Məclisin həll etməli olduğu məsələlərin ayrıca bir quruma verilməsi doğru deyil. Əgər ehtiyac varsa azad iqtisadi zonadakı səlahiyyətli qurumun hazırladığı qaydaları biz Milli Məclisdə təsdiq edə bilərik. Yəni bu məsələnin həllinin yolu budur. Amma azad iqtisadi zonadakı səlahiyyətli quruma ümumi qaydalar müəyyən etmək səlahiyyəti vermilməsi düzgün deyil. Tutaq ki, orada işçilər üçün üstünlüklər müəyyən olunacaqsa, qoy bu elə Azərbaycanən hər yeri üçün olsun. Orada ekoloji baxımdan daha ciddi qanunlar qəbul olunacaqsa, o zaman elə millət vəkilləri də daxil olmaqla Azərbaycanın digər vətəndaşları üçün, digər bölgələrdə də ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı qanunlar qəbul edilsin. Yox, əgər pis olacaqsa, o zaman biz niyə buna imkan veririk? Bu baxımdan hesab edirəm ki, bütün dünyada azad iqtisadi zonalarda əsasən diqqət yetirilir ki, xarici investor ora niyə vəsait qoyur. Müyyənləşdirilir ki, xarici investor üçün hansı vergi güzəştləri nəzərdə tutulur, yaxud tamamilə vergidən, gömrük rüsumundan azad olunur. Tutaq ki, öz mallarının Azərbaycanın digər bölgəsinə satılması ilə bağlı güzəştlər nəzərdə tutula bilər. Amma bir daha söyləyirəm, müəyyən olunan ümumi qaydalarla, əmək hüququları, ekologiya, əmək mübahisələrinin həlli ilə bağlı orada güzəştlər nəzərdə tutula bilməz”. 

“Kampusları olmayan universitetlər ciddi qəbul olunmur”

Millət vəkili həmçinin “Azərbaycan Respublikasının 2017-ci il Dövlət Büdcəsinin İcrası haqqında” qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb: “Əlbəttə çox müsbət haldır ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi öz vəzifələrini layiqincə yerinə yetirib. Büdcənin gəlirlər hissəsi bu iki sturktur tərəfindən tam icra olunub. O cümlədən Dövlət Neft Fondu lazım olan vəsaiti ayırıb və icmal büdcənin gəlirləri 104, 8 faiz yerinə yetirilib. Mən, əlbəttə vaxtın azlığını nəzərə alıb yalnız bir məsələnin üzərində dayanacağam. Bu da ondan ibarətdir ki, büdcənin gəlirlər hissəsi tam yerinə yetirilsə də, bəzi sahələr üzrə maliyyələşdirmədə problemlər olub”. 
Millət vəlkili elm və təhsil sahəsinə ayrılan xərclərin yetərli olmadığını deyib: “Məni ən çox narahat edən məsələ elm xərcləri ilə bağlıdır. Bizdə büdcənin cəmi 0,6 faizi elm xərclərinə ayrılır. Bu da təqribən təqribən 118 milyon vəsaitdir. Bu qədər az bir vəsaitdən də 8 milyon 220 min manat istifadə edilməyib. Yəni buna bir aydınlıq gətirilsəydi çox yaxşı olardı. Halbuki inkişaf etmiş ölıkələrdə büdcə xərclərinin təqribən 4 faizə qədəri elm xərclərinə ayrılır.
Büdcə xərclərinin cəmi 10,6 faizi təhsilə ayrılır. Halbuki bizim qonşumuz İranda büdcənin 19,3 faizi, Moldovada 18,5 faizi təhsilə ayrılır. Bu yaxınlarda qardaş Türkiyə Respublikasında prezident Rəcəb Tayyib Ərdoğan 20 yeni universitetin yaradılması haqqında qanun layihəsini imzaladı. Ona görə ki, hər kəs başa düşür ki, elmə və təhsilə kifayət qədər vəsait ayırmadan və diqqət göstərmədən o ölkənin sürətli inkişafını təmin etmək xeyli dərəcədə çətin olacaq. Biz burada hər zaman məktəbəqədər təhsildə olan problemlər barədə çxıış edirik. Hətta keçən dəfə də bizim həmkarlarımız çıxış elədi ki, birinci sinfə gedən şagirdllərin yalnız təqribən 20-25 faizə qədəri məktəbəqədər müəssisələrdə təhsil ala bilirlər. Amma məktəbəqədər təhsil üçün 170 milyon manat ayrılıb, 17 milyon manat kəsir var. Yaxud ümumi təhsillə bağlı 3 milyon 175 min manat kəsir var. Mən sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, hazırda dünyanın bir çox ölkələri, o cümlədən Böyük Britaniya hər il xarici tələbələrdən 20 milyard funt sterlinqdən çox gəlir götürür. Bunun hesabına da ölkədə 200 mindən çox iş yeri açılıb. Azərbaycanda isə bu məsələnin həlli üçün bizim kifayət qədər potensialımız var ki, qonşu İran, Türkiyə, o cümlədən Orta Asiya respublikalarından Azərbaycana çoxsaylı tələbələri dəvət edib, burada onlara təhsil verə bilək. Bu tələbələr həm də ölkələrarası münasibətlərin yaxşılaşmasına xismət edir. Amma bizim universitetlərin ciddi yataqxana problemləri var. Məsələn neçə illərdir, Bakı Dövlət Universitetinin yataqxanalarının bir hissəsi sökülüb, o vəziyyətdə də qalıb. Digər universitetlərin də yataqxana problemləri var. Xarici tələbələr də sözsüz ki, ilk olaraq bu məsələyə diqqət yetirirlər. Müasir dövrdə ümumiyyətlə özünün kampusları olmayan universitetlər müəyyən mənada ciddi qəbul olunmur. Yəqin, artıq yeni büdcənin hazırlanması ilə bağlı işlər gedəcək. Burada hörmətli nazirlərimiz də əyləşiblər. 
Hesab edirəm ki, hökumətin elmə və təshilə diqqəti ciddi dərəcədə artırılmalıdır və bu sahəyə daha çox vəsait yönəldilməlidir. O cümlədən hökumət çalışmalıdır ki, sahibkarlar təhsil prosesinə qatılsınlar və məktəbəqədər müəssisələrin, yeni universitetlərin yaradılması istiqamətində sahibkarlar yaxından iştirak etsinlər. Ümumiyyətlə isə mən, büdcənin icrası ilə bağlı qanun layihəsinə səs verəcəyəm” .
“Torpaq icarəsi haqqında” qanuna edilən dəyişikliklərlə bağlı da fikirlərini bölüşən millət vəkili bildirib ki, qanunun 10-cu maddəsi torpaqların icarəyə verilməsi qaydaları adlanır: “Orada da 6-ci bənddə göstərilir ki, dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Kənd təsərrüfatı torpaqları da dövlət torpaqlarıdır. Belə çıxır ki, biz artıq müsabiqədən və hərracdan kənar torpaqların icarəyə verilməsi barədə düşünürük. Ona görə də düşünürəm ki, “Normativ Hüqiq Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunun 45 və 47-ci maddələrinə görə, bu tipli layihələr korrupsiyaya yol aça bilən halların yarana biləcəyi üçün kriminoloji ekspertizadan keçirilməlidir. Ona görə də mən, sadəcə hörmətli Eldar müəllimə sual vermək istəyirım ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların biz niyə müsabiqə və hərraclar yolu ilə icarəyə verilməsi, yaxud satışını təşkil etmirik? Yəni 10-1-ci maddədə belə çıxır ki, hansısa orqana müraciətdən, ərizədə özü haqqında məlumat verməkdən söhbət gedir. Yəni müsabiqədə və hərracda iştirakdan söhbət getmir. Sadəcə buna aydırnlıq gətirilməsini istəyirəm”.

Əli