“Vurğun Əyyub hər zaman sayğıyla anılacaq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Vurğun Əyyubun vaxtsız vəfatı ilə bağlı açıqlama ilə çıxış edib. BAXCP sədrinin açıalamasında deyilir: “Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri olan Vurğun Əyyubun vaxtsız vəfatı məni dərindən kədərləndirdi. Vurğun Əyyub Azərbaycanda təhsilin inkişafında və təhsil sistemində korrupsiyanın aradan qaldırılmasında müstəsna xidmətləri olan bir ziyalı kimi xalqımız tərəfindən hər zaman sayğıyla anılacaq. 
Vurğun Əyyubun vaxtsız vəfatından kədərləndiyimi bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına və xalqımıza dərin hüznlə başsağlığı verirəm”.