ACRE nümayəndə heyəti BAXCP-də
Qüdrət Həsənquliyev vropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının vitse-prezidenti Ceffri Van Ordenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev mərkəzi qərargahında Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of Conservatives and Reformists in Europe - ACRE) vitse-prezidenti Ceffri Van Ordenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə BAXCP-nin də tamhüquqlu üzv olduğu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının fəaliyyəti, regiondakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı müzakirə aparılıb. Bu il, iyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti haqqında danışan görüş iştirakçıları Azərbaycandan yüksək təəssüratla ayrıldıqlarını bildiriblər. 
BAXCP sədri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının vitse-prezidenti Ceffri Van Ordeni və nümayəndə heyəti üzvlərini maraqlandıran sualları cavablandırıb. 
Görüşdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının siyasi işlər üzrə direktoru Navid Xan, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının əməkdaşı Temistoklis Astenidis, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin katibi Babək Ağayev, BAXCP-nin baş katibi Yaşar Kələntərli, MNTK-nın sədri Yeganə Mehdibəyli, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli, BAXCP İdarə Heyətinin üzvü Nərmin Əzizova və beynəlxalq şöbənin müdiri Aydın Məmmədov iştirak ediblər.
Qeyd edək ki, Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının vitse-prezidenti Ceffri Van Ordenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün və sabah Milli Məclisin, Prezident Adminstrasiyasının yüksək vəzifəli şəxsləri və hökumət üzvləri ilə görüşlər keçiricəklər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AECR) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP AECR-in 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.