BAXCP-də yeni təyinatlar
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İcra Aparatının formalaşdırılması ilə bağlı yeni sərəncamlar imzalayıb.
BAXCP sədrinin sərəncamlarına əsasən, Elçin Mirzəbəyli ictimai-siyasi əlaqələr, Niyaməddin Orduxanlı təşkilati işlər, Bünyamin Qəmbərli isə dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katib (müavin) vəzifəsinə təyin olunublar.