BAXCP-nin sədri Rusiyanın aparıcı KİV nümayəndələrini qəbul edib
Qüdrət Həsənquliyev: “Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı roldan, prosesə nə dərəcədə ədalətli yanaşmasından asılı olacaq”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında BAXCP-nin sədri, prezidentliyə namizəd Qüdrət Həqənquliyev prezident seçkilərilə bağlı Azərbaycanda səfərdə olan 20 nəfərdən artıq Rusiyanın aparıcı KİV nümayəndələrini qəbul edib. Bu barədə məlumat verən partiyanın mətbuat xidməti bildirib ki, Qüdrət Həsənquliyev rusiyalı jurnalistlərin suallarını cavablandırıb və seçki platformasında yer alan əsas istiqamətlərdən danışıb. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı partiyanın mövqeyini açıqlayan BAXCP sədri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı roldan, prosesə nə dərəcədə ədalətli yanaşmasından asılı olacaq.