BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib



Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
(BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri milli-azadlıq
hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.



Partiyanın mətbuat xidmətinin məlumatına görə, Fəxri
Xiyabanda Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı keçirilən
tədbirdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan
tarixində oynadığı mühüm roldan danışıb. O, Əbülfəz Elçibəyin xalqını,
millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə
təmizlik və dürüstlük gətirən siyasət adamı olduğunu deyib: “Onun ideyalarını
BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi
hər zaman əziz tutulacaq və ehtiramla anılacaq. O gün olsun ki, erməni işğalı
altında qalan torpaqlarımızı azad edək. Əbülfəz Elçibəyin və şəhidlərimizin
ruhu o zaman şad olacaq".