BAXCP İdarə Heyəti struktur islahatlarını alqışlayır
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə olunub

İbarə Heyətinin iclasında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışında yer alan struktur islahatları ilə bağlı məqamlar da müzakirə olunub. BAXCP İdarə Heyəti Azərbaycan Prezidentinin struktur və kadr islahatlarının genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirləri alqışladığını bildirib və islahatların dərinləşdirilməsinin məqsədə uyğun olduğunu bəyan edib. Eyni zamanda, qeyd olunub ki, 2019-cu ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən əldə edilən dividendlər üzrə daxilolmalar cəmi 3,9 milyon manat nəzərdə tutlur: “Bu acı reallıq bir daha həmin müəssisələrin özəlləşdirilməsinin zəruri olduğunu təsdiqləyir. Bununla yanaşı, bir çox təhsil, səhiyyə və əsas xidmət sahələri özəlləşdirilməli, yaxud uzun müddətə əməli idarəetməyə verilməli, əldə olunan vəsait sosial xərclərin artırılmasına və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməlidir”.