BAXCP Sumqayıt şəhər təşkilatının konfarans səlahiyyətli yığıncağı keçirilib
Akif Bayramov Sumqayıt şəhər təşkilatının sədri seçilib

Dekabrın 11-də Sumqayıtda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər təşkilatının konfrans səlahiyyətli ümumi yığıncağı keçirilib. Bu barədə məlumat verən BAXCP mətbuat xidmətindən bildirilib ki, yığıncaqda BAXCP baş katibi Yaşar Kələntərli, BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, BAXCP MNTK sədri Yeganə Mehdibəyli və BAXCP Ali Məclis sədrinin müavini Bəhruz Cabbarov iştirak ediblər. İlk olaraq BAXCP Sumqayıt şəhər təşkilatının konfrans səlahiyyətli ümumi yığıncağının keçirilməsi üçün Akif Bayramov yığıncağın sədri, Firdovsi Hacıyev isə katibi seçiliblər. 

Yığıncağın sədri Akif Bayramov tədbirdə iştirak edən hər bir kəsi salamlayıb və Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, Dağlıq Qarabağda gedən döyüşlərdə şəhid olanların və BAXCP Sumqayıt təşkilatının küçmiş sədri Bəzir İsayevin ruhunun bir dəqiqəlik sükutla yad olunmasını bildirib. Akif Bayramov qeyd edib ki, yığıncaqda 57 nəfər partiya üzvü iştirak edir.
Sonra yığıncağın sədri gündəlikdə olan məsələləri-ölkədəki Ictimai siyasi vəziyyət, təşkilati məsələ və cari məsələlər-müzakirəyə çıxarıb və gündəlik təsdiqlənib. 
Ölkədəki İctimai siyasi vəziyyətlə bağlı danışan BAXCP baş katibi Yaşar Kələntərli bildirib ki, BAXCP bu illər ərzində ləyaqətli bir yol keçib:”Bu elə bir yoldur ki, dövlətçiliyə, xalqa, vətənə xidmət edir. Adından da göründüyü kimi partiyamız birliyin, bütövlüyün hər zaman tərəfdarı olub və bu yolla fəaliyyətinə davam edir. BAXCP lideri Qüdrət Həsənquliyevin parlamentdəki çıxışlarından, mətbuata verdiyi müsahibələrdən hər biriniz çox güman məlumatlısınız. Sədrimiz xalqın sözünü deyib-istər siyasi, istər iqtisadi-sosial, istərsə də Dağlıq Qarabağ və Güney Azərbaycan məsələsində. Sizlər də yerli təşkilatın strukturları, üzvləri olaraq bu bütövlüyü, birliyi qorumalı, partiyamızı daha da gücləndirməlisiniz”.
Yığıncağın sədri təşkilati məsələlərə keçməzdən öncə məlumat verib ki, BAXCP Sumqayit şəhər təşkilatının üzvlərinin sayı 168 olmaqla onlardan 41 nəfəri qadın, 47 nəfəri ali təhsilli və 40 faizini də gənclər təşkil edir. 
Sonra təşkilati məsələlərə baxılıb. BAXCP Sumqayit şəhər təşkilatına sədrliyə Akif Bayramov, Anar İasayev və Rafiq Hacıyevin namizədlikləri irəli sürülüb. Hər üç namizəd özləri haqqında məlumat veriblər. Və Anar İsayevlə Rafiq Hacıyev öz namizədliklərini Akif Bayramovun xeyrinə geri götürüblər. Konfrans səlahiyyətli ümumi yığıncaqda Akif Bayramov yekdilliklə BAXCP Sumqayit şəhər təşkilatının sədri seçilib. 
Partiyanın Sumqayıt şəhər təşkilatından BAXCP Ali Məclisinə üzlüklə bağlı məsələ müzakirə olunan zaman Anar İsayev və Rafiq Hacıyevin namizədliyi irəli sürülüb. Rafiq Hacıyev Anar İsayevin xeyrinə namizədliyini geri götürüb və Anar İsayev BAXCP Ali Məclisinin üzvü seçilib. 
Fuad İsmayılov, Həzi Mirzəyev, Vahid Adıgözəlov, Yusif Süleymanov və Samirə Məmmədova isə BAXCP Sumqayıt şəhər təşkilatının NTK üzləri seçiliblər. 
Daha sonra BAXCP Sumqayıt şəhər təşkilatının məclis üzvlərinin səlahiyyətləri təsdiqlənib. 
BAXCP Sumqayıt şəhər təşkilatının yeni sədri Akif Bayramov və BAXCP Ali Məclis üzvü Anar İsayev onların namizədlikrərini müdafiə edən hər bir BAXCP üzvünə təşəkkürlərini bildiriblər və partiyanın tutduğu yolda ləyaqətlə addımlayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, BAXCP Sabunçu, Laçın və Şabran rayon təşkilatlarında da konfranslar keçirilib.