BAXCP rayon təşkilatlarında konfranslar keçirilib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rayon təşkilatlarında konfranslar keçirilir. Bu barədə “Xalq Cəbhəsi” qəzetinə məlumat verən BAXCP-nin təşkilat şöbəsinin müdiri Xudeş Əsgərov bildirib ki, Zərdab rayonunda keçirilən konfransda Rasim Kərimov yerli təşkilatın sədri, Elçin Xəlilov Ali Məclis üzvü, Yardımlı rayonunda keçirilən konfransda Dədəbəy Sabratov sədr, Səbuhi İbişov Ali Məclis üzvü , Ağdam rayonunda keçirilən konfransda Bakir Zeynalov sədr, Akif Zeynalov Aqli Məclis üzvü seçiliblər. 
Xudeş Əsgərov, eyni zamanda, vurğulayıb ki, sözügedən rayonlarda keçirilən konfranslarda Nəzarət Təftiş Komissiyasının üzvləri də seçiliblər. 
BAXCP-nin təşkilat şöbəsinin müdirinin sözlərinə görə, rayon təşkilatlarında konfransların keçirilməsi davam edir.