BAXCP sədri ABŞ səfiri ilə görüşüb
Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi mənzil qərargahında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.
Görüşdə Azərbaycan ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsi, ictimai-siyasi vəziyyət və seçki öncəsi durum barədə müzakirə aparılıb.
Görüşdə ABŞ səfirliyinin siyasi müşaviri Syuzan Çesli və BAXCP sədrinin beynəlxalq məslələr üzrə müavini Elçin Mirzəbəyli də iştirak ediblər.