BAXCP sədri Əbülfəz Elçibəyin məzarını ziyarət edib
Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.
Bu münasibətlə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin məzarını ziyarət edib.
Əbülfəz bəyin abidəsi önünə BAXCP adından əklil qoyulub, ruhuna dualar oxunub.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Əbülfəz Elçibəyin anım mərasimində BAXCP sədri ilə Qüdrət Həsənquliyevlə birlikdə onun müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı iştirak ediblər.