Qüdrət Həsənquliyev: “Avropa Oyunlarının keçirilməsi imic üçün lazımdır”
Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı basqılar
"Azərbaycan müharibə şəraitində olan ölkədir, bizim torpaqlarımızın 20
faizi işğal altındadır, bir milyon qaçqınımız var. Biz Dağlıq Qarabağ
probleminin həlli üçün beynəlxalq birlikdən dəstək gözləyirik”

“Avropa Oyunları Azərbaycanı yaxşı mənada beynəlxalq birliyə tanıtmaq üçün gözəl bir fürsətdir"

"Yarış zamanı Avropa, dünya görəcək ki bu xalq həddindən artıq
qonaqpərvərdir, alicənab və tolerant xalqdır, Ermənistandan fərqli
olaraq Azərbaycanda heç bir problem yoxdur. Bu oyunlar beynəlxalq
birliyə müqayisə imkanı yaradacaq, nəticədə ictimaiyyətin öz
ölkələrinin hakimiyyətlərinə təzyiqi artacaq"

"Bizə həm də beynəlxalq birliyin mənəvi dəstəyi lazımdır, bunu erməni
diasporası da görür. Ona görə çalışırlar ki, həm Azərbaycan
ictimaiyyətini narazı salsınlar, həm də Azərbaycanın beynəlxalq birlikdə
imicini korlasınlar"

"Avropa Oyunların keçirilməsi imic üçün lazımdır. Bu cür beynəlxalq
tədbirləri çox qısa müddətdə yüksək səviyyədə hazırlamaqla biz xalqın
inamını bərpa edirik və başqa xalqların yanında bu xalqın potensialını
nümayiş etdiririk"

"Azərbaycanı tanıtmaq lazımdır, Avropa Oyunları yayımlanandan sonra Azərbaycanı bütün Avropa tanıyacaq"

"Yarış üçün obyektlər Azərbaycan üçün tikilib, bu yarış başa çatandan
sonra həmin saraylarda başqa yarışlar keçiriləcək, bu, Azərbaycan üçün
edilir, Azərbaycan üçün qalır"

"Xristian dünyasında islamafobiya güclənir, çalışırlar ki Azərbaycanı
elə təqdim eləsinlər ki, Avropanın sərhədləri sanki Ermənistanla
qurtarır. Bu məqsədyönlü şəkildə Azərbaycana qarşı aparılan
kampaniyadır. Amma Azərbaycan Avropa dəyərlərini mənimsəmiş sivil bir
ölkədir"

"Bu gün Avropada məscid tikilməsinə qadağa qoyulub, amma Azərbaycanda
bütün səmavi dinlərin məbədləri var, sinaqoqlar, kilsələr var. Avropanın
sadə insanları gəlib bunu görəcəklər"

"Azərbaycan güclənir, Azərbaycan xalqının özünə inamı artır və bu dövlət torpaqlarının işğal altında olması ilə barışmayacaq”

"Azərbaycan müsəlman ölkəsidir, dünyada bir xristian həmrəyliyi var.
İstədikləri odur ki xristian ölkələri öz torpaqlarını genişləndirsin,
Minsk Qrupu sanki Türkiyə-Ermənistan sərhədlərini açmaq üçün yaradılıb"

"Azərbaycan öz problemlərinə onu kimin tənqid etməsindən asılı olmayaraq
diqqətlə yanaşmalıdır, biz çalışmalıyıq ki düşmənlərə əsas verməyək ki,
Azərbaycanı tənqid eləsinlər"

"Ortada olan reallıqlar da bu gün onu göstərir ki, Azərbaycana qarşı
böyük bir kampaniya başlayıb və bu kampaniyanın da arxasında böyük
güclər dayanır"

"Rusiya ilə bir çox məsələlərdə ABŞ-ın maraqları toqquşur, amma Dağlıq
Qarabağ münaqişəsi və Azərbaycan məsələsində eyni mövqedən çıxış
edirlər"