Qüdrət Həsənquliyev seçicilərlə növbəti məhəllə görüşünü keçirib
Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Firuz Qəmbərov 3 ünvanındakı binada yaşayan seçicilərlə onların öz təşəbbüsü ilə görüş keçirib.
Havanın soyuq və yağışlı olmasına baxmayaraq, seçicilər görüşün keçirilməsində israrlı olduqlarını bildiriblər. Görüşdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev seçicilərə seçki platformasının əsas istiqamətləri haqqında məlumat verib, ona etimad göstəriləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. 
Görüşdə çıxış edən seçicilər Qüdrət Həsənquliyevin fəaliyyəti ilə yaxından tanış olduqlarını və onu dəstəklərdiklərini bildiriblər. 
Görüşün sonunda BAXCP sədri seçicilərin suallarını cavablandırıb.