Tərcümeyi-Hal

Qüdrət Müzəffər oğlu Həsənquliyev

Qüdrət Həsənquliyev 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nəsimi rayon prokurorluğunda müstəntiq, Dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb. 1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü, 2002-ci ilin avqustunda AXCP-nin birləşdirici qurultayında partiyanın sədri, (2004-cü il aprelin 3-də keçirilən növbəti təsis konfransında partiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adlandırılıb), 2003-cü il martın 5-də Milli Məclisin deputatı seçilib. 2003 və 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində partiyanın namizədi kimi iştirak edib. 2003, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə nəvbəti dəfə millət vəkili seçilib.
Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan «İlin ən fəal millət vəkili» nominasiyası üzrə «Mütərəqqi ideyalar müəllifi» mükafatıyla təltif olunub. 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013-cü illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda ilin ən fəal beş millət vəkilindən biri seçilib. Azərbaycan Respublikası Mill Məclisinin NATO Parlament Assambleyasındakı və AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətlərinin üzvüdür üzvü, Azərbaycan-Malta parlamentlərarası dostluq qrupunun sədridir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2008 və 2013-cü ildə keçirilən qurultaylarında növbəti dəfə BAXCP-nin sədri seçilib.
Evlidir, 2 övladı var.